Qadın sünnəti: Niyə və haralarda edilir? – BBC-nin araşdırması

Birləşmiş Millətlər Təşkilatın əsasən (BMT), hazırda dünyada sünnət edilməyə məruz qalan (ingiliscə, Female Genital Mutilation - FGM) 200 milyon qız və qadın yaşayır
###reklam250###

Bu hala əsasən, Afrika və Yaxın Şərqdə yerləşən 30 ölkədə rast gəlinsə də, bəzi Asiya və Latın Amerikası ölkələrində də qarşılaşmaq mümkündür. Və Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Yeni Zelandiyada yaşayan miqrantlar arasında da qadın sünnəti yayılıb, BMT deyir.

Qurum fevralın altısı qeyd olunan Qadın Sünnətinə qarşı Beynəlxalq Sıfır Tolerantlıq Günündə insanları FGM-ə son verməyə səsləyib.

FGM qadınların gələcək həyatına təsir göstərən fiziki və əqli problemlərə yol aça bilər, Keniyanın İsiolo əyalətində yerləşən Borana Cəmiyyətindən Bishara Sheikh Hamo izah edir.

"Mən 11 yaşımda sünnət edilmişəm," Bishara deyir.

"Nənəm mənə sünnətin hər bir qız üçün vacib olduğunu deyirdi. Bu yolla biz pak qalırmışıq."

Amma Bishara nizamsız aybaşılar, böyrək problemləri və davamlı infeksiyalara yoluxacağından xəbərsiz imiş. Bu yolla təbii doğuşdan da məhrum olub, yalnız qeysəriyyə əməliyyatı vasitəsilə dünyaya uşaq gətirə bilib.

İndi o, anti-FGM kampaniyaçısıdır.

Qadın sünnəti nədir?

Qadın sünnəti və ya ingilis dilindən qısaldılmış şəkildə FGM qadının cinsi orqanının xaricdən kəsilməsi və ya tamamilə götürülməsi ilə müşayiət olunur.

Adətən böyük cinsiyyət dodaqlarının (labia) və klitorisin kəsilməsi ilə baş tutur və Dünya Sağlamlıq Təşkilatı onu "tibbi əsas olmadan qadın cinsi orqanlarına zədə törədən proses kimi" təsvir edir.

Misirli bloqçu və rejissor Omnia İbrahim deyir ki, FGM stress yaşadan bir prosesdir və qadınların münasibətləri və özləri haqqında fikrinə dağıdıcı təsir göstərir.

"Özünü buz parçası kimi hiss edirsən. Hissiyyat yox; sevgi yox; istək yox," o söyləyir.

Omnia, həyatı boyu FGM vurduğu psixoloji təsirdən əziyyət çəkdiyini deyir. Cəmiyyətin ona "bədən seks deməkdir və seks günahdır düşüncəsini aşıladığını" dilə gətirir.

"Beynimdə bədənim lənətimə çevrilmişdi."

"Həmişə özümə sual edirdim ki, görəsən mənə ondan qorxmaq lazım gəldiyini dediklərinə görəmi seksdən nifrət edirəm, yoxsa həqiqətən də maraqlı deyil deyə?"

Keniyada Bishara BBC-yə, onunla yanaşı dörd başqa qızın da sünnət olunduğunu deyib.

"Gözlərimi bağlamışdılar. Sonra sünnət edən qadın əllərimi də arxadan bağladı. Ayaqlarımı geniş araladılar və labiamı kəsdilər."

"Bir neçə dəqiqə sonra, kəskin ağrı hiss etdim. Qışqır-bağır salsam da, heç kim mənə eşitmirdi. Təpik atıb, onları itələməyə çalışırdım, amma güclü bir şey ayağımdan yapışmışdı.

O deyir ki, çox "acınacaqlı vəziyyət idi. Ən kəskin tibbi proseslərdən biridir və gigiyenaya məhəl qoyan yox idi. Hər dördümüz üçün eyni kəsici alətdən istifadə etdilər".

Yeganə ağrıkəsici vasitə ənənəvi üsul idi: "Yerdə bir deşik var idi və həmin deşikdə bitkilər saxlayırdılar. Sonra ayaqlarımı keçi kimi bağladırlar və o bitkilərdən mənə sürtdülər. Sonra isə 'növbəti qız, növbəti qız' çağırıb, başqa qızı içəri saldılar..."

Qadın sünnəti bir çox ölkələrdə qeyri-qanuni sayılsa da, Afrika, Asiya və Yaxın Şərqin müəyyən hissələrində və həmin ölkələrin diasporalarında mütəmadi şəkildə həyata keçirilir.

FGM-in dörd növü var:

1. Klitoridektomiya. Həssas klitoris və ətrafındakı dərinin tamamilə və ya qismən kəsilməsi.

2. Eksizisiya. Klitorisin tam və ya qismən kəsilməsi ilə yanaşı, kiçik labia və ya vaginanı örtən daxili dəri qatlarının da kəsilməsi.

3. İnfibulyasiya. Kiçik labia və vaginanı örtən xarici dəri qatlarından ibarət böyük labianın kəsilməsi və yerinin dəyişdirilməsi. Bu zaman xırda dəlik buraxılaraq tikilmə prosesi də baş tutur.

Bu təcrübə təkcə kəskin ağrılı və əziyyətli deyil, həm də davamlı infeksiya riski daşıyır: vagina və sidik kanalının üzəri bağlanır və aybaşı mayesinin və sidiyin bədəndən rahat çıxması üçün yer daralır.

Hətta, bəzən boşluq o qədər dar olur ki, cinsi münasibət və ya doğuş üçün dəliyi kəsərək böyütmək lazım gəlir. Təbii ki, doğuş zamanı bu, həm ana, həm də körpə üçün təhlükə törədir.

4. Buraya klitoris və ya cinsi orqanın iynələnməsi, pirsinqi, çərtilməsi, qaşınması və dağlanması kimi qalan digər zərərli proseslər daxildir.

Niyə baş verir?

Qadın sünnəti barəsində tez-tez göstərilən səbəblərə sosial normalar, din, gigiyenanı yanlış anlama, qız və ya qadının bakirəliyinin qorunması, qadını "evlənməyə yararlı" etmə və kişinin seksual həzzini artırmaq daxildir.

Bəzi mədəniyyətlərdə FGM yetkinliyə keçmək və evlənmək üçün ilkin şərt hesab olunur.

Baxmayaraq ki, sünnətin heç bir gigiyenik üstünlüyü və sağlamlıq üçün xeyri yoxdur, bunu tətbiq edən cəmiyyətlər qadının vaginasının kəsilməsini zəruri hesab edirlər və sünnət edilməyən qadınları qeyri-sağlam, natəmiz və qiymətsiz kimi dəyərənlədirirlər.

Proses adətən qızların icazəsi olmadan aparılır və dünyada sağlamlıq üzrə mütəxəssislər onu qadınlara və insan haqlarına qarşı zorakılıq hesab edirlər. Bu hal uşaqlara qarşı baş verdikdə, uşaq istismarı kimi qeydə alınır.

FGM harada daha çox yayılıb?

Demək olar ki, heç vaxt.

Nadir hallarda, FGM-in ümumi hal sayıldığı etnik azlıq və ya miqrant icmalarda (