Bakını bürüyən "kiril barelyefləri" - Foto

Bakıda hələ də ictimai-siyasi xadimlərin kiril əlifbası ilə yazılmış barelyefləri qalmaqdadır
###reklam250###

PİA.az Kult.az-a istinadən xəbər verir ki, sovet dövrünün simaları sayılan Dadaş Bünyadzadə, Əliheydər Qarayev, Soltanməcid Əfəndiyev, Mirzə Davud Hüseynovun yaşadıqları evlərin qarşısındakı barelyeflər yenilənməyib və ya götürülməyib.

Ümumiyyətlə, Bakının mərkəzində bolşeviklərin xatirə lövhələri, barelyefləri - sovet rəmzləri İstiqlaliyyət və Murtuza Muxtarov küçələrində qalmaqdadır. Həmin lövhələr həm də rus dilində olması ilə "göz oxşayır".

Həmçinin, ADR hökumətinin generalı Səməd bəy Mehmandarovun yaşadığı evin qabağındakı barelyef dəyişməyib, kiril əlifbası ilə yazılmış sözlərlə onun barəsində məlumat verilib.

pia.az