Deputat: "NATO bizim üçün vuruşmayacaq"

"Ancaq özümüz özümüzü müdafiə edə bilərik. NATO bizim təhlükəsizliyimizin girovu deyil"  
###reklam250###

Bu sözləri Ukraynanın “Müxalif Blok” fraksiyasının Radadakı deputatı Yevgeni Balıçki deyib.

O bildirib ki, ölkə alyansa üzv olsa belə, NATO əsgərləri Ukrayna uğrunda vuruşmayacaq:

“XX əsrin sonunda hətta NATO ölkələri arasında konflikt yaşanmışdı.Türkiyə Kipr uğrunda Yunanıstanla müharibə aparmışdı. Hazırda onlar arasında konflikt davam etməkdədir.

NATO-ya daxil olmayan Argentina Böyük Britaniya ilə savaşa daxil olmuşdur. NATO ölkələrinin hər hansı maraqları yoxdursa, heç vaxt partnyor üçün döyüşə atılmayacaqlar. Heç kim bizim üçün döyüşməyəcək”. (axar.az)

pia.az