ABŞ OPEK-ə savaş açdı

ABŞ Konqresinin Nümayəndələr Palatasının hüquq komitəsi fevral ayının 7-də NOPEC (No Oil Producing and Exporting Cartels Act) adı altında antikartel qanun layihəsini qəbul edib
###reklam250###

Sənədin mətni komitənin saytında yerləşdirilib.

Qanunun qəbul edilməsində əsas məqsəd ABŞ məhkəmələrinə neft bazarında kartel sövdələşmələrində iştirak edən dövlətlərə qarşı antiinhisar iddia ərizələrinə baxmaq səlahiyyətinin verilməsindən ibarətidr. NOPEC bununla ABŞ-ın əsas antiinhisar qanunu sayılan Şerman aktına düzəlişlər gətirərək, digər ölkələrin hökumətlərinin neft istehsalının məhdudlaşdırılması və ona uyğun qiymətlərin müəyyənləşdirilməsi ilə bağlı istənilən birgə fəaliyyətini qeyri-qanuni sayacaq.

Qeyd olunur ki, həmin qanunvericilik aktı bu və ya digər versiyada 20 il öncə gündəmə gətirilibmiş. Hətta 2007-ci ildə qanun layihəsinin variantlarından biri həm Nümayəndələr palatası, həm də Senatda qəbul olunub. Lakin o vaxt prezident Corc Buşun buna kəskin şəkildə qarşı çıxmasına və veto edəcəyini söyləməsinə görə sənəd prezidentə imzalamaq üçün göndərilməyib.

“The Wall Street Journal”ın məlumatına əsasən, öz növbəsində OPEC də ABŞ-da irimiqyaslı lobbiçilik fəaliyyətinə start verib. Təşkilat bununla Vaşinqton administrasiyasını OPEC-in ölkə iqtisadiyyatının sabitliyinin saxlanılmasında nə qədər böyük rol oynadığına inandırmağa çalışacaq.

##relatedPost2##Bununla əlaqədar kartel elmi təşkilalatların, habelə araşdırmaçı institutların köməyindən istifadə edərək, həm Nümayəndələr Palatası, həm də ABŞ biznesmenlərinin maraqlarını təmsil edən ən böyük qeyri-kommersiya lobbiçi struktur sayılan Ticarət palatasında geniş kampaniya yürüdəcək.

OPEK-in baş katibi Məhəmməd Barkindonun təşəbbüsü ilə gerçəkləşdirilən lobbi fəaliyyəti üçün 500 min dollar pul ayrılması güman olunur. Lakin bu pulun ayrılmasına ABŞ-la hər hansı məsələdə qarşılıqlı fəaliyyəti qəbul etməyən İran etiraz edir. (musavat.com)

pia.az