Rusiyanın Afrikadakı dayağı nəhəng yatağı ələ keçirdi

Liviya ordusunun komandanı marşal Xəlifə Haftar ölkənin ən böyük neft yataqlarından biri olan “Əş Şarara”nı ələ keçirib
###reklam250###

PİA.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Blomberq” agentliyi yayıb. Məlumata görə, Haftar neft yatağını heç bir müqavimətlə qarşılaşmadan ələ keçirib.

Qeyd edək ki, Haftar Liviyanın əsas eksport terminallarına nəzarət edir. Onun ələ keçirdiyi yataq “Total”, İspaniyanın “Repsol”, Avstriyanın OMV, Norveçin “Equinor” şirkətinin nəzarətində olub.

pia.az