Nardaranda silah-sursat tapılıb

Nardaran qəsəbəsində silah-sursat tapılıb
###reklam250###

DİN Mətbuat xidmətindən bildirilib ki, daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsi bağlar yaşayış sahəsində sellofan torbada 1 yivli təklüləli tüfəng, nömrəsi silinmiş “Naqan” tipli tapança, alışqanı ilə birgə 1 ədəd “F-1” qumbarası və 39 ədəd avtomat patronu tapılmışdır. (Report)

pia.az