Əbülfəz Məlikova qarşı rəsmi ittiham irəli sürülə bilər - Milyonlar hara gedib?..

Araşdırmadan əldə olunan nəticələrə görə Səfər Mehdiyev başda olmaqla gömrüyün bir sıra keçmiş və indiki generallarına da ittihamlar irəli sürə bilərlər

“Trans Broker” MMC rəhbəri olmuş Əbülfəz Məlikovun durumu gərgindir. Bu barədə DİA.az saytına daxil olan a bilgili qaynaqlardan informasiya daxil olub və belə məlum olur ki, hazırda da gömrük sistemində xudmani monopoliya şəbəkəsini əlində saxlayan Əbülfəz Məlikova qarşı konkret hüquqi ittiham irəli sürülə bilər.

Saytın yazdığına görə Əbülfəz Məlikovun fəaliyyəti və özbaşınalıqları, gömrükdə dilənçilik, rüşvət bazarı açması və gömrük generallarının ona bu şəraiti yaratması faktdır. Məlumatlara görə, artıq Əbülfəz Məlikovun maliyyə fəaliyyəti dövlətin müvafiq qurumları tərəfindən yetərincə araşdırıldığından barəsində hüquqi qiymətin verilməsi gözlənilir və bu araşdırmadan əldə olunan nəticələrə görə Səfər Mehdiyev başda olmaqla gömrüyün bir sıra keçmiş və indiki generallarına da ittihamlar irəli sürə bilərlər.

pia.az