"Onun "Barselona"da oynaması çətindir"

"Barcelona"nın hücumçusu Luis Suarez, Lionel Messi və keçmiş komanda yoldaşı Neymar haqqında açıqlama verib

32 yaşlı hücumçu, Neymarın Kataloniya klubuna qayıtmasının çətin olduğunu deyib:

"Neymar paltardəyişmə otağında da əyləncəli bir insandır. Çox pozitiv biridir. Onun üçün darıxıram, amma hazırda o, burada deyil. Futbolda nəyin nə vaxt olacağını bilmirik. Neymarın komanda yoldaşı, dost, ya da azarkeş olaraq yanımızda olmasını hər zaman istəyərəm. O, fərq yaratmağı bacaran futbolçudur, amma geri qayıtmaq istəsə belə, onun Barcelona-da oynaması çətindir".

##relatedPost2##Uruqvaylı futbolçu oyun ərzində tez-tez Messi ilə mübahisə etdiyini deyib:

"Messi ilə təkcə futbol haqqında danışmırıq, keçmişi və gələcəyi də müzakirə edirik. Onunla sadəcə komanda yoldaşı deyilik, həm də, oxşarlıqları çox olan dostuq. Messi ilə oyunları təkrar izləmirik, amma oyun ərzində tez-tez mübahisə edirik. İkimiz də özümüzü tənqid edirik. Bəzən komanda qələbə qazansa belə, mən yaxşı oynamadığım üçün üzülürəm. Messi mənim qarışıq hisslərə malik olduğumu bilir. O, məni anlayır". (goal.az)

pia.az