“Futbolçularıma qadağa qoymuşam ki...” - Tərlan Əhmədov

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 15-ci turunda "Səbail"ə doğma meydanda 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib

O, əvvəlcə matç barədə fikirlərini bildirb.

- Belə oyun haqda danışmağa çox söz olmur. Üç elə səhv etdik ki, özüm də təhlil edirəm. Rəqibə hədiyyə etdik. Mənim üçün də gözlənilməz oldu. Slavik Alxasov və Nikola Mitroviçin olmaması meydanda özünü göstərdi. Çalışacağıq oyunumuzu düzəldək. Hazırlıq prosesindəki komandadan bu gün əsər-əlamət yox idi. Futbolda belə şeylər baş verir. İlk oyunda bunun olması daha yaxşıdır. Sonda belə hal bizi daha pis vəziyyətə qoya bilərdi. Daha yaxşı komanda formalaşdırmağa çalışacağıq. Oyundan-oyuna komandamızı görəcəksiniz".

- Bu gün Kamran Ağayevə nə olmuşdu?

- Komandada yeni oyunçular var idi. Müəyyən həyəcanın olması normaldır. Düşünürəm ki, getdikcə daha yaxşı oynayacağıq.

- "Zirə"nin uduzması sizə psixoloji cəhətdən təsir etdimi?

Futbolçularıma qadağa qoymuşam ki, heç kimin oyunu ilə maraqlanmasınlar. Bizi yalnız öz matçımız maraqlandırır.(qol.az)

pia.az