“Çağrı Mərkəzi”nə 1693 müraciət edilib

2019-cu ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1693 müraciət daxil olub

AQTA-dan verilən xəbərə görə, daxil olan müraciətlərdən 449-u sertifikatlaşdırma və qeydiyyat, 432-si idxal-ixrac əməliyyatları, 139-u i isə istehlakçıların hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 35 müraciət daxil olsa da, onlardan yalnız 9-u öz təsdiqini tapmışdır. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 168-i işə qəbulla, 470-i isə digər xarakterli müraciətlərdir.

pia.az