Bu il Azərbaycan 114 mln. dollarlıq xurma ixrac edib

Bu il Azərbaycanın xurma satışında artım müşahidə edilib

Bu barədə “Report”a açıqlamasında Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qədir Yusifov məlumat verib.

Onun sözlərinə görə, ötən il 97 mln. dollarlıq Azərbaycan xurma satışı həyata keçirib: “Bu il isə 114 mln. dollarlıq xurma satılıb”.

Q.Yusifov bildirib ki, xurma əsasən Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Ərəb Əmirliklərinə ixrac olunur : “Hazırda ölkədə 4 min ton məhsul var. Həmin məhsul növbəti 15 gün ərzində ixrac olunacaq”.

pia.az