Mogerini bu ölkələri tənqid etdi

Brüssel Avropa İttifaqı daxilində antimiqrasiya blokunu tənqid edir

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini özünün tarixi vətəni olan İtaliyanın qeyri-hökumət xilasedici təşkilatlarına məxsus gəmilər üçün öz limanlarını bağlamaq qərarını, həmçinin antimiqrasiya xəttini dəstəklədiklərinə görə Aİ-yə üzv olan bir sıra ölkələri tənqid edib.

Bu ölkələrin sırasına Avstriya və Vışeqrad qrupu ölkələri – Çexiya, Polşa, Slovakiya və Macarıstan daxildir.

“Biz Afrika ölkələri ilə miqrasiya böhranı məsələlərində tərəfdaşlıq üzrə işləri davam etdirəcəyik. Bu, əsasən üzv dövlətlər tərəfindən Afrika ilə əməkdaşlığa vəsaitlərin yatırılması, BMT-nin orqanları ilə fəaliyyətin davam etdirilməsi, həmçinin hər bir ölkənin beynəlxalq müdafiəyə hüququ olan insanlara cavabdehliyi və onlarla həmrəyliliyi əsasında bərabər töhfəsi deməkdir”, - deyə, eyni zamanda, Mogerini təsdiqləyib.(AZƏRTAC)

pia.az