Strateji əlaqələrin maskalanması: Tehran və Moskva Suriyada fərqli baxışa sahibdir, lakin...

Maksim Suçkov “Əl-Monitor”, 01.0.2019

Rusiyanın Suriyadakı xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev və xarici işlər nazirinin müavini Sergey Verşinin yanvarın 28-də israilli tərəfdaşları ilə görüşmək üçün Yerusəlimə ikigünlük səfər edib. İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Yuval Rotem Rusiya səlahiyyətliləri ilə təmasda olub.

Rotem “Twitter”-də yazıb ki, görüş məhsuldar olub, “biz müxtəlif regional məsələlər haqqında mənalı və dərin müzakirələr apardıq”.

Baş nazir Binyamin Netanyahu və digər yüksək səviyyəli İsrail səlahiyyətliləri də ruslarla görüşüblər. Müzakirələr İran ətrafında və Suriyadakı vəziyyətə istiqamətli olub, “hər hansı bir toqquşmanın qarşısını almaq üçün ordular arasında təhlükəsizlik koordinasiyası mexanizminin gücləndirilməsi” mövzusu da danışılıb. “Onlar Rusiyanın İsrailin milli təhlükəsizliyini təmin etmək öhdəliyini təkrarlayıblar”, – deyə Rotem tvitində əlavə edib.

Rusiyalı emissarlar Suriyanı və İranı israillilərlə müzakirə etdikdə, Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı vəzifədaşı Məhəmməd Cavad Zəriflə telefonla danışıb.

İki ölkə arasında ümumi maraq doğuran məsələlərdən başqa, Rusiya Xarici İşlər Nazirliyi müzakirə olunan məsələlər arasında Suriyanın olub-olmadığını aydınlaşırmayıb.

Rusdilli İsrail mətbuatı, o cümlədən “İLand TV” xəbər verib ki, “Qüdsdəki görüş Rusiya ilə İran arasında Suriyadakı fikir ayrılıqlarınn gücləndiyi məqamda keçirilib. Rusiya Suriyanın problemlərini həll etməkdə maraqlıdır, qaçqınların qaytarılması və ölkənin bərpası üçün çalışır. İran isə Suriyanı İsrailə qarşı dayağa çevirməyə səy göstərir və Suriyanı şiə dövlətə çevirmək üçün bütün gücündən istifadə edəcək. Bununla yanaşı, İran rəhbərliyi əksəriyyəti sünni olduğu üçün qaçqınların qaytarılmasına maneə törədir”.

Bundan da betər qeyd bu idi ki, artıq Moskva və Tehran arasında paçalanma baş verib.

Bu arada Lavrentiyev və Verşinin Qərbi Şəriyyədə, Ramallahda Fələstin dövlətinin başçısı Mahmud Abbasla görüşüblər. Müzakirələr mümkün İsrailli-Fələstin müqaviləsi, Ərəb Sülh Təşəbbüsü və Fələstin daxilində birliyi bərpa etmə məsələlərinə yönəlib. Rusiya elçiləri fevral ayında yüksək səviyyəli Fələstin nümayəndə heyətinin müzakirələr üçün Moskvaya səfərinə diqqət çəkdirib.

Beləliklə, Fələstindəki görüşlə bölgədə Rusiya-İsrail gündəminin İranla məhdud olmadığı göstərilib.

Bununla yanaşı, İsrail-İran münaqişəsinin qarşısının alınması hələ də Rusiyanın başlıca diqqət mərkəzindədir.

Xarici İşlər Nazirliyinin sözçüsü yanvarı 23-də keçirilmiş brifinqində demişdi: “Biz bu mövzuda mövqeyimizi dəyişmirik, suveren bir dövlətin ərazisinə İsrailin həmlə təcrübəsi istisna edilməlidir. Bizim qiymətləndirməmizə görə, bölgədəki hərbi əməliyyatların artması, o cümlədən, İsrail də daxil olmaqla, Yaxın Şərqdə heç bir dövlətin uzunmüddətli milli maraqlarına cavab vermir. Silahlı qarşıdurmaların uzun illər davam etdiyi Suriyada geosiyasi maraqlar nizamlanmalıdır”.

Üç gün sonra, yanvarın 26-da Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov CNN-ə müsahibəsində deyib ki, rusiyalı səlahiyyətliləri “İsrail dövlətinin təhlükəsizliyini təmin edəcək tədbirlərin əhəmiyyətini dərk edirlər”.

“Rusiyanın başlıca prioritetlərindən biri budur”, – deyən Ryabkov Moskva və Tehranın Suriyada müttəfiq olub-olmadığına dair suala cavabdan yayınıb: “İranla münasibətlərimizi bu sözlə səciyyələndirmək istəməzdim”.

Bu bəyanat İsrailə daha çox güvən versı də, İranda qəzəb yaradıb. Ancaq bu, sürpriz deyil. Ötən ilin oktyabr ayında İran xarici işlər nazirinin baş köməkçisi Hüseyn Cəbəri Ənsari də Moskva-Tehran əlaqələrini səhv yozmamaq barədə xəbərdarlıq edib.

“Press TV”-yə verdiyi müsahibəsində o deyib: “Rusiya bizim strateji müttəfiqimiz deyil. Xüsusilə bipolyar, bloklar və böyük ittifaqlar dövründə bu ifadə yerinə düşmür. Rusiya ilə strateji ittifaqımız yoxdur, lakin biz xüsusi qarşılıqlı maraqlara əsaslanan layihələrdə birgə iştiraka, strateji tərəfdaşlığa sahibik və mövcud fərqlərə baxmayaraq, bu cür əməkdaşlığı davam etdirə bilərik. Hətta gələcəkdə də”.

Bu arqumenti təsdiqləyən Ənsari Suriya konstitusiya komitəsinin formalaşdırılması ilə bağlı Lavrentiyev və Verşininlə danışmaq üçün iki ay sonra Moskvaya səfər edib.

Beləliklə, Ryabkovun bəyanatı ahəngin dəyişməsi kimi qəbul edilməməlidir, Rusiyanın İsrail və İranla münasibətlərinin göstəricisi də deyil. Amma sözsüz ki, iki, güclü, iradəli rəqib arasında kövrək balansın qorunması problemini əks etdirir.

Bu, Ruslar və iranlılar arasında fərqlilik dərəcəsi haqqında ipucu vermir, baxmayaraq ki, fərqlər, həqiqətən, mövcuddur. Amma nə Moskva, nə də İran onları inkar etmir. Bununla yanaşı, belə qarşıdurmaların sayı və ehtimal intensivliyi artacaq. Çünki Rusiya və İranın Suriyanın gələcəyi ilə bağlı fikirləri fərqlidir.

##relatedPost2##

Suriyada İran və “Hizbullah” mövqelərinə İsrail hücumları ilə əlaqədar Rusiya böyük müharibəyə maneə törətmək üçün sıx vasitəçilik edir. Tehran yqin ki, bunun qarşısını ala bilməyəcək. Amma Rusiya və İran strateji əlaqələrin markalanması mövzusunda ehtiyatlı olmaq üçün kifayət qədər yetkindir. Orta Asiya və Əfqanıstandan tutmuş Suriyaya və Xəzər dənizinə qədər böyük bir coğrafiyada əməkdaşlıq etmək üçün onlar uzunmüddətli maraqlarını bilir.

Bəlkə də İsrail ilə İran arasında qalıcı sülh gətirə biləcək heç bir həll yoxdur, ən azı, mövcud şərait və rəhbərliklərə görə. Lakin Moskva və rus səlahiyyətliləri vasitəçi diplomatiyasını qoruduğu müddətcə, zəif gərginlik ən azı daha böyük bir intensivliyə çatana qədər davam edə bilər.(Tərcümə: Strateq.az)

pia.az