Elman Rüstəmov: “Ticarət müharibələri Azərbaycan üçün müəyyən problemlər yaradıb”

“2018-ci il vəziyyət sadə olmayıb. Dünyada davam edən ticarət müharibələri və digər gərginlik ocaqları açıq iqtisadiyyata malik Azərbaycan üçün müəyyən problemlər yaradıb. Amma iqtisadiyyat bu cari işlərə cavab verib. Ötən il yaxşı nəticələrə nail olmuşuq”

Bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib. E.Rüstəmov bildirib ki, ötən il Mərkəzi Bank başlıca diqqətini inflyasiya proseslərinin səngiməsinə yönəldib. Onun sözərinə görə, 2017-ci ildə inflasiyasiya 13 faiz olmuşdusa 2018-ci ildən bu birrəqəmli olub: “İlin sonunda inflyasiya 2,3 faizə düşdü. Burada aparılan monetar siyasətin və məzənnə sabitliyinin xüsusi rolu olub”.

E.Rüstəmov deyib ki, hazırda bütün dünyada dövlətlər başlıca diqqətini inflyasiyanın səviyyəsinə yönəldib: “Biz 2018-ci ildə inflyasiya hədəfindən də aşağı nəticə əldə etmişik. 2018-ci ildə milli valyutanın dayanqılığı təmin olunub”.

Mərkəzi Bank valyuta ehtiyatlarını 300 milyon dollara qədər artırıb: “Bunun 115 milyon dolları öz valyuta ehtiyatlarımızın artırmaqla qazanmışıq”.

pia.az