Alman polisi terror aktının qarşısını aldı

Alman polisi ölkənin müxtəlif şəhərlərində terror aktı hazırlayan şəbəkə üzvlərini həbs edib

Bu barədə mətbuata Almaniya Federal Prokurorluğundan açıqlama verilib.

Federal Prokurorluğun məlumatında yanvarın 30-da üç İraq vətəndaşının terror aktı təşkil etmə şübhəsi ilə saxlanıldığı bildirilir. Hüquq-mühafizə orqanları bu şəxslərin Şlesvinq-Holstein, Maklenburq-Vorpommern və Baden-Vürtenberqdəki mənzillərində axtarış aparıblar. Onların “İslam dövləti” terror təşkilatı ilə əlaqələri araşdırılır.

Federal Prokurorluğun məlumatında qeyd olunur ki, şübhəlilərin terror aktı törətmək üçün hədəfləri hələ müəyyən olunmayıb, lakin onların hansı terrorçu qrupa mənsub olduqları dəqiqləşdirilir.

AzərTAc xatırladır ki, bundan əvvəl Almaniyanın hakimiyyət orqanları terror təşkilatları ilə əlaqəsi olan suriyalı mühaciri də Niderlanda ekstradisiya ediblər.

pia.az