Sumqayıtda keçmiş məhkum yarım kilo marixuana ilə saxlanıldı

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini E.Həsənov saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilib.

Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı sakini, əvvəllər məhkum olunmuş İ.Şərifovdan 485 qram, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Marzılı kənd sakini A.Musayevdən isə 135 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

pia.az