“Avronest”də Azərbaycanla bağlı məruzə müsbət qiymətləndirilib

Brüsseldə Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, məşğulluq, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsi ilə İqtisadi inteqrasiya, hüquqi normaların uyğunlaşdırılması və Avropa İttifaqı siyasəti ilə yaxınlaşma komitəsinin birgə iclasları öz işinə başlayıb

İclaslarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova, deputatlar Cavanşir Feyziyev, Azər Kərimli, Məlahət İbrahimqızı və Tahir Mirkişili iştirak edirlər.

Qeyd edək ki, sosial məsələlər, məşğulluq, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsi ilə İqtisadi inteqrasiya, hüquqi normaların uyğunlaşdırılması və Avropa İttifaqı siyasəti ilə yaxınlaşma komitəsinin birgə iclasında “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində innovasiya və islahatlar: problemlər və imkanlar”, “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi artımın stimullaşdırılması məqsədilə rəqəmsallaşdırmanın asanlaşdırılması” mövzularında müzakirələr keçiriləcək.

Enerji təhlükəsizliyi və Siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclasında “Energetika sahəsində birgə yanaşma və uyğunlaşma”, “Şərq tərəfdaşlığı ölkələrində dövlət qurumlarının səmərəliliyi və demokratiyanın möhkəmləndirilməsi vasitəsi kimi parlament nəzarəti” mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.

Artıq Assambleyanın Enerji təhlükəsizliyi komitəsində Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu məsələsi müzakirə olunub və məruzəçilər tərəfindən yüksək qiymətləndirlib.

Bu barədə isə Oxu.Az-a Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili məlumat verib.

O qeyd ki, xüsusilə Aİ Komissiyasının nümayəndəsi Erlandas Qriqoroviç Cənub Qaz Dəhlizi layihəsinin bütün region üçün həyati əhəmiyyətini vurğulayıb.

pia.az