Meksikada fəlakət: 1 nəfər öldü, 4 nəfər itkin düşdü

Meksikanın Kintana Roo ştatında tropik fırtına nəticəsində 1 nəfər həlak olub, 4 nəfər isə itkin düşüb

PİA.AZ Trend-ə istinadən xəbər verir ki, Lasaro Kardenas bələdiyyəsində göyərtəsində 4 nəfər olan balıqçı gəmisi itkin düşüb. Playe-del-Karmendə ağac və reklam lövhələrinin aşması nəticəsində bir neçə nəfər xəsarət alıb, Kankun şəhərində isə bir nəfər həlak olub.

Dünya turistləri arasında populyar olan Kankun, Holboş, Playe-del-Karmen və İsla-Muheres şəhərlərində güclü külək çox sayda ağaçı aşırıb, bir neçə ev su altında qalıb.

pia.az