Tramp: ABŞ-ın "ən ağıllı adamı" artıq var

ABŞ prezidenti Donald Tramp "Twitter" mikrobloqunda Amerika lideri postuna mümkün namizəd, əvvəllər "Starbucks" restoranlar şəbəkəsinə rəhbərlik etmiş Hovard Şultsu qiymətləndirib

Pia.az Teleqraf.com-a istinadən xəbər verir ki, Trampın fikrincə, Şultsun ölkəyə rəhbərlik etmək və ya 2020-ci il prezident yarışmasında iştirak etmək üçün zəruri olan keyfiyyətləri yoxdur.

"Hovard Şultsun prezident seçkilərində iştirak üçün bağırsağı çox nazikdir!" — deyə o bildirib.

Tramp həmçinin kanallardan birində Şutlsun müsahibəsinə baxdığını bildirib: "Mən biznesmen sözləri ilə razıyam, lakin etiraf edim ki, o, ölkənin "ən ağıllı adamı" deyil."

Amerika liderinin fikrincə, ABŞ-ın "ən ağıllı adamı" artıq var.

pia.az