Göyçayda yol qəzası, 5 nəfər yaralı var

Göyçay rayonunda yol qəzası baş verib

PİA.AZ Trend-ə istinadən xəbər verir ki, rayon ərazisində "VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Hadisə nəticəsində xəsarət alanlar - 1986-cı il təvəllüdlü Tağıyev Fəqan Məhəmməd oğlu, 1980-ci il təvəllüdlü Yusifov İmran Əlibaba oğlu, 1985-ci il təvəllüdlü Əliqəmbər Kövsərov, 1976-cı il təvəllüdlü Əliyev Elnur İsmət oğlu və 1993-cü il təvəllüdlü Əliyev İlkin Famil oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

pia.az