ABŞ Venesueladakı çevrilişi dəstəkləyəcəyini əvvəlcədən söz veribmiş

Venesuela müxalifətinin lideri Xuan Quaydo özünü prezident elan eləməzdən bir gün əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pensin ona telefonla zəng edərək “ABŞ səni dəstəkləyir” dediyi iddia edilir

Amerikanın “Vol Strit Cornel” (Wall Street Journal – WSJ) qəzetində dərc edilən və yüksək vəzifəli mənbəyə istinad edilən xəbərdə, Mayk Pens ilə Quaydo arasındakı münasibətdən bəhs edilib. Qəzetin yazdığına görə, yanvarın 23-də Mayk Pens müxalifətin lideri Xuan Quaydoya zəng edərək, ABŞ-ın onu tamamilə dəstəklədiyini, Konstitusiyadakı müvafiq bənddə əsasən hərəkət edəcəyi təqdirdə, ABŞ-ın onu rəsmən tanıyacağını bildirib.

Xəbərdə ABŞ-dakı bəzi rəhbər şəxslərlə Quaydo və komandası arasında son bir neçə həftə ərzində gizli şəkildə planlaşdırılan planın bu telefon zəngindən sonra kulminasiya nöqtəsinə çatdığı və ertəsi günü Quaydonun hərəkətə keçdiyi qeyd edilib.

Qəzet Quaydonun prezidentliyini elan eləməsindən dərhal sonra ABŞ prezidenti D.Tramp, vitse-prezident Mayk Pens və xarici işlər naziri mayk Pompeonun Quaydonu rəsmən tanıdığını diqqətə çatdırıb.

pia.az