Dövlətlərin İqtisadi Azadlıq İndeksi açıqlandı

Azərbaycan neçənci yerdədir?
###reklam250###

“Bu gün biz bəşəriyyət tarixinin ən çiçəklənən dövrünü yaşayırıq. Yoxsulluq, xəstəlik, səhlənkarlıq bütün dünyada geriləyir və bu daha çox iqtisadi azadlığın irəliləməsilə əlaqədardır”.

PİA.az Azadlıq radiosuna istinadən bildirir ki, bunu Heritage Fondundan deyiblər. Qurum 2019-cu il İqtisadi Azadlıq İndeksini açıqlayıb. Bu indeks artıq 25 ildir hazırlanır. 186 ölkədə mülkiyyət hüquqlarından tutmuş maliyyə azadlığına qədər 12 azadlıq dəyərləndirilir.

Azərbaycan iqtisadiyyatı “orta azad” sayılıb, 60-cı yerdədir. Qonşulardan Ermənistan da bu kateqoriyaya salınıb, 47-cidir.

Gürcüstan isə “daha çox azad” hesab olunaraq 16-cı yerdə qərarlaşıb. Qeyd edək ki, Birləşmiş Ştatlarda da iqtisadiyyat “daha çox azad”dır, 12-ci yerdədir. Rusiya (98), İran (155) iqtisadi baxımdan “əsasən qeyri-azad” sayılır. Türkmənistan iqtisadiyyatının “repressiya olunduğu” vurğulanır. İqtisadi azadlığa görə ilk 10-luqda Honq Konq, Sinqapur, Yeni Zelandiya, İsveçrə, Avstraliya, İrlandiya azad, Britaniya, Kanada, Birləşmiş Ərəb Əmirlikləri “əsasən azad” hesab olunub.

pia.az