Türkiyəli şəhid uşaqları Milli Məclisdə - Fotolar

Nəsimi Rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə reallaşdırdığı layihə əsasında Bakı şəhərində səfərdə olan Türkiyə şəhid və qazi övladları səfər çərçivəsində rayonda keçirilən müxtəlif tədbirlərdə iştirak edir, Bakı şəhərinin tarixi yerləri və muzeyləri ilə tanış olurlar
###reklam250###

Pia.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Azərbaycanda səfərdə olan türkiyəli şəhid və qazı uşaqları Türkiyənin Azərbaycandakı səfirliyində olublar. Onları Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qəbul edib.

Səfir Türkiyə və Azərbaycan xalqlarının tarixi qardaşlığından danışaraq, dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün belə qarşılıqlı səfərlərin həyata keçirilməsinin xüsusi rolunu qeyd edib. Səfir bildirib ki, türkiyəli gənclər və uşaqlar səfər zamanı qardaş Azərbaycan ilə bağlı ətraflı məlumat əldə edəcəklər və bu səfər onların yaddaşına əbədilik həkk olunacaq.

##relatedPost2##Türkiyənin şəhid və qazi uşaqları 3 saylı Uşaq-Gənclərin İnkişaf Mərkəzində olarkən mərkəzin fəaliyyəti və müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş məşğələ otaqları ilə tanış olublar, muxtəlif dərnəklərin “ustad dərsləri”ndə iştirak ediblər.

Sonra qonaqlar Milli Məclisin inzibati binası ilə yaxından tanış olublar.

YAP Nəsimi rayon təşkilatının inzibati binasında olan qonaqlara rayon təşkilatının Sədri, Millət vəkili Məlahət İbrahimqızı Yeni Azərbaycan Partiyasının yaranmasından, keçdiyi tarixi yoldan, müstəqil Azərbaycanımızın inkişaf və tərəqqisində YAP-nın rolundan geniş danışaraq, Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan partiyanın bu gün aparıcı bir qüvvə olduğunu xüsusi qeyd edərək partiyanın cəmiyyətdəki nüfuzu barədə məlumat verib.

Respublika Velotrekində olan qonaqlar dünyada və Azərbaycanda velosiped idmanının tarixini özündə əks etdirən Velosiped muzeyi ilə tanış olub, Velotrekdə velosipedçilərin məşqini izləyib, həmçinin özlərinin velosiped sürmək bacarıqlarını nümayiş etdiriblər.

Türkiyənin şəhid və qazi övladlarının Bakı şəhərinə səfərləri başa çatıb.

pia.az