İtkin düşən futbolçunun axtarışları dayandırılıb

İngiltərənin "Kardiff Siti” klubunun yeni futbolçusu Emiliano Salanın da olduğu təyyarənin axtarışları dayandırılıb
###reklam250###

Bu barədə Qernsi adasının polis bölməsinin “Twitter” səhifəsində bildirilib.

Polisin bəyanatında təyyarədəki insanların həyatda qalma ehtimalının az olduğu vurğulanıb: "Biz bütün mümkün məlumatları təhlil etmişik. Axtarışları dayandırmaq çox çətin qərar idi. Axtarış sahəsi 1.700 kvadrat mil təşkil edib. Araşdırmaya 3 təyyarə, 5 vertolyot, 2 xilasetmə gəmisi və digər gəmilər, həmçinin balıqçı gəmiləri də cəlb edilmişdi".

Qeyd edək ki, Fransanın “Nant” klubundan “Kardiff Siti”yə keçən Emiliano Sala yanvarın 21-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə Uelsə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına 1,5 saat qalmış radardan itib. (Report)

pia.az