Lerik polisindən əməliyyat: Marixuana satanlar...

DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan tədbirlərlə narkotik vasitəni onlara satmaqda şübhəli bilinən Buzeyir kənd sakinləri N.Kəlbiyev və E.Əmənov da müəyyən edilib
###reklam250###

Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Hücü kənd sakini, əvvəllər də narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş M.Rüstəmovdan və Bibiyanı kənd sakini E.Muradovdan çəkisi 270 qram olan marixuana götürülüb

Görülmüş əməliyyat tədbirləri nəticəsində onlar saxlanılıblar. E.Əmənovdan 235 qram, N.Kəlbiyevin evindən isə 50 qram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

pia.az