Venesuela inqilabının lideri kimdir?

Venesuela müxalifətinin lideri Xuan Quaido 23 yanvar 2019-cu il tarixində özünü ölkə prezidenti elan edib

Bu Venesuelada keçirlimiş çoxsaylı etiraz mitinqi zamanı baş verib.

Bəs Xuan Quiado kimdir?

 Xuan Xerardo Quaido Markes 28 iyul 1983-cü ildə Venesuelanın La-Quayra şəhərində doğulub. 2007-ci ildə Andres Bello adına Katolik Universitetinin sənaye mühəndisliyi fakultəsini bitirib. Daha sonra ABŞ-da Corc Vaşinqton Universitetində dövlət idarəçiliyi üzrə təhsil alıb.

Universitetdə oxuyarkən siyasətlə məşğul olmağa başlayıb. 2009-cu ildə sol-mərkəzçi partiya olan “Xalq iradəsi” partiyasına daxil olub. 2010-2015-ci illərdə Venesuela parlamenti deputatının müavini kimi çalışıb. 2015-ci ildə Varqas ştatından parlamentə deputat seçilib. Maduro hökuməti ilə bağlı korrupsiya faktlarının təhqiqatını aparıb. 2018-ci ildə Venesuela müxalifətinin yaratdığı “Demokratik birliyin dəyirmi masası” koalisiyasının rəhbəri təyin edilib.

5 yanvar 2019-cu ildə Venesuela parlamentində sədrin müavini vəzifəsini tutub. 23 yanvarda Venesuelanın müvəqqəti prezidenti kimi and içib.(Strateq.az )

pia.az