Putini öldürmək istəyən 21 yaşlı vəhhabi ələ keçib – Serbiyada

Serbiyada Rusiya prezidenti Vladimir Putinə qarı sui-qəsd hazırlayan 21 yaşlı vəhhabi təriqətinə mənsub şəxs ələ keçib

Strateq.az bildirir ki, bu barədə Serbiyanın “Pravda” qəzeti məlumat yayıb. Sui-qəsd Putinin yanvarın 17-də Serbiyaya səfəri zamanı baş tutmalıymış. Polis patrulu Potok qəsəbəsində Armin Alibaşiçi saxlayarkən əlindəki balaca çanta diqqət çəkib. Axtarış zamanı çantanın içindən optik tuşlayıcı tapılıb. Bundan sonra gənc oğlanın evində axtaırş aparılıb. Axtarış zamanı bomba hazırlamaq üçün xeyli ləvazimat, həmçinin detonator üçün kimyəvi maddələr və İŞİD bayrağı tapılıb. Alibaşiçin əlaqələri yoxlanarkən məlum olub ki, o hucumu Putinin səfəri zamanı planlaşdırırmış.

Ekspertlərin fikrincə, Alibaşiç tək fəaliyyət göstərməyib.

pia.az