ABŞ iranlı jurnalisti sərbəst buraxdı

ABŞ-da həbs edilən İranın "Press TV" telekanalının jurnalisti Mərziyə Haşemi sərbəst buraxılıb
###reklam250###

Bu barədə telekanal M.Haşeminin ailə üzvünə istinadən xəbər verir.

Qeyd edək ki, Mərziyə Haşemi yanvarın 16-sı Missuri ştatının Sent-Luis şəhərində saxlanılmışdı. Ona qarşı heç bir ittiham irəli sürülməsə də, jurnalistin vacib məlumata sahib olan şahid qismində saxlanıldığı bildirilirdi. (Teleqraf.com )

pia.az