Ağ Evin ünsiyyət problemi - Tramp mətbuatdan niyə qorxur?

Donald Trampın sözçüsü Sarah Sanders jurnalistlərin qarşısında az görünür. ABŞ prezidentinin özü də tviterdə fikirlərini yazır və çox vaxt mediyaya təzyiq edir.

Almaniyanın məşhur “SPIEGEL” jurnalı yazır ki, uzun müddət idi ki, Ağ Evin rəsmi mətbuat brifinqləri demək olar ki, hər gün ABŞ-ın çox sayda jurnalisti üçün açıq idi. Son zamanlar isə, Trampın sözçüsü Sarah Sanders nadir hallarda brifinqlərə gəlir. ABŞ prezidenti Donald Trampın özü də mətbuata bunu etiraf edib.

“Sanders mətbuat konfransına ona görə nadir hallarda gedir ki, bəzi mətbuat nümayəndələri onun fikirlərin kobud və qeyri-dəqiq başa düşür. Çox media heç vaxt öz hökumətləri haqqında “ədalətli” yazmır, buna görə də “saxta xəbər” çox olur. Ağ Evin mesajı bu brifinqlər olmadan da verilə bilər” – Tramp tviterdə yazıb.

Ağ Ev Müxbirləri İttifaqı isə (WHCA) Trampın bu şərhlərini tənqid edib.

Çox bərbad ünsiyyət

Son zamanlar Ağ Evin mətbuat otağında formal brifinqlərin keçirilməsi nadir hala gəlib. Nəzərə almalıyıq ki, Trampdan əvvəlki illərdə mətbuat konfransları tez-tez keçirildi. Ağ Evin sonuncu mətbuat konfransı ötən il dekabrın 18-də Sanders tərəfindən keçirilib. Konfransın gec keçirildiyinə görə də ölkə siyasətində baş verənlər haqda jurnalistlər qeyri-rəsmi və kortəbii yazırlar. Həmçinin bu hala görə jurnalistlərin suallar vermək, təqib etmək üçün daha az vaxtı və fürsəti olur.

Xatırladaq ki, bu ilin yanvarın 3-də Sanders yenidən Ağ Evdə mətbuat konfransı təşkil etdi, lakin sonradan bu konfransın yalnız “çox xüsusi qonaqlar” üçün olduğunu elan etdi. Görünən budur ki, Tramp əvvəlki sələfləri Barak Obama və Corc Buşdan fərqli olaraq mətbuat nümayəndələri ilə çox məsələləri bölüşmək istəmir.

Mətbuat konfranslarında suallara imkan verilmir

Tramp ABŞ mediasının əksəriyyətini tənqid edir. O, medianı prezidentliyə dair qərəzli və düşmənçilikdə ittiham edir. Bu günə qədər də ABŞ prezidenti jurnalistlərə sərt mövqe göstərir.

Buna misal olaraq Cim Akostanı göstərmək olar. Cim Akostan CNN-in ən tanınmış müxbirlərindən biridir. O, prezident Donald Tramp və Ağ Evin yüksək səviyyəli rəsmilərinə kəskin sualları ilə tanınır. Tramp administrasiyası keçən ilin noyabrında Akostanın Ağ Evdə akkreditasiyasını ləğv edib. Bu addım Akostanın Ağ Evdə keçirilən mətbuat konfransı zamanı Trampın Mərkəzi Amerika ölkələrindən gələn miqrant karvanını “işğal” kimi təsvir etməsinə tənqidi münasibət bildirməsindən sonra atılıb.

CNN tele-kanalı Ağ Evdəki müxbiri Cim Akostanın akkreditiyasının bərpa edilməsi məqsədilə Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.

Ağ Evin mətbuat katibi Sara Sanders isə məhkəmə işini rədd edib və Ağ Evin bu qərarını müdafiə etdiyini deyib.

“Cənab Akosta prezidentə iki sual verib və prezident hər iki sualı cavablandırıb. Lakin Cim Akostan başqa müxbirlərin də öz suallarını verməsi üçün mikrofonu Ağ Evin tərcüməçisinə verməkdən imtina edib. Bu, ilk dəfə deyil ki, həmin müxbir o biri jurnalistlərə imkan vermir” - deyə Sara Sanders bildirib.

Beləliklə, göründüyü kimi Donald Tramp ona qarşı ədalətsiz saydığı müxbirlər və media qurumlarına sözdə hücumlar edir. O hətta bəzi media qurumları haqda danışarkən onları “xalqın düşmənləri” adlandırır.

Orjinal

Tərcümə: Nərminə UMUDLUpia.az