General Manvel Qriqoryan yenidən həbs ediləcək

Ermənistanda 25 milyon dram (51 min dollar çox) müqabilində azad edilən ölkənin keçmiş müdafiə nazirinin müavini Manvel Qriqoryan yenidən həbs ediləcək

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Baş Prokurorluğun şikayətini təmin edən Apellyasiya Məhkəməsi müvafiq qərar qəbul edib.

Qeyd edək ki, “Yerkrapah” (Yurdun keşikçiləri) könüllü döyüşçülər birliyinin sədri, sabiq müdafiə naziri müavini, general Manvel Qriqoryan girov müqabilində həbsdən azad olunub. Apellyasiya məhkəməsi həbs-qətimkan tədbirinin 25 milyon erməni dramı müqabilində azad edilməsinə qərar verib. Manvel Qriqoryanın azadlığa buraxılmasına qarşı etiraz aksiyaları da keçirilib.

pia.az