Türkiyədəki hərbi çevrilişlə bağlı qandonduran sözlər

"Bir rütbəli şəxsin telefon danışığına şahid oldum. Telefon danışığında o, "Komandirim tank girərsə, aeroportun fəaliyyəti dayanar. Tankların vətəndaşların arasından keçərək hava limanına daxil olması lazımdır", - dedi."
###reklam250###

Bunu Türkiyədə hərbi çevrilişə cəhd günü İstanbulun Səbiha Gökçən hava limanınında keşiş çəkən hərbçi Ərdal Özkan bildirib."Əsgərlik müddətim ərzində yalnız 15 iyulda silahın təmizliyini apardıq. O gecə hava limanında tanımadığımız 7-8 rütbəli əsgər var idi. Daha əvvəl görmədiyim bu rütbəlilərdə dəmir jilet və silah var idi. Bizdən silahla atəş açmağımızı istədilər. Təxminən 150-200 güllə atdıq", - Özkan məhkəmədə verdiyi ifadədə qeyd edib. (Muxalifet.az)pia.az