Əfqanıstanda hərbi bazaya hücum zamanı ölənlərin sayı 126-ya çatıb

Türkiyə KİV xəbər verir ki, bu barədə Vardak vilayətinin rəhbərinin sözçüsü Əbrülrəhman Manqal məlumat verib
###reklam250###

Radikal "Taliban" hərəkatının silahlıları Əfqanıstanın mərkəzi hissəsində yerləşən Vardak vilayətində xüsusi təyinatlıların bazasına hücum ediblər. Son məlumatlara görə hücum nəticəsində ölənlərin sayı 126-ya çatıb.

Bu barədə daha əvvəl Rusiya KİV-lərinin yaydığı məlumatda bildirilidi ki, Maydanşəhr şəhərində bazanın yaxınlığında törədilən partlayış nəticəsində azı 18 nəfər ölüb, 27 nəfər yaralanıb. (Report)

pia.az