Tanınmışlar 20 Yanvar faciəsini belə andılar - Fotolar

Bu gün 20 Yanvar - ümumxalq hüzn günüdür. Tanınmış sənətçilər də sosial şəbəkələrdə faciənin 29-cu ildönümünü ilə paylaşımlar edərək, şəhidlərimizə Allahdan rəhmət diləyiblər
###reklam250###

Onlardan bir neçəsini təqdim edirik:

Əməkdar artist Aybəniz Haşımova 20 Yanvar faciəsini anaraq, həmin günü belə xatırlayıb: “O günü heç unutmadım. Vətən Cəmiyyətinin xətti ilə Türkiyə səfərinə hazırlaşırdıq. Məşqdən evə qayıdanda Qızıl Ordu dairəsində bütün yollar bağlanmışdı və insanlar küçələrdə təşviş içində idi. Soruşdum bu nədir? Dedilər rus qoşunları şəhərə girməsin deyə insanlar toplaşıblar. Yaşadığım evin eyvanında dayanıb hadisənin hara varacağını həyəcanlar izləyirdim ki, birdən tanklardan dayandığım eyvana atəş açıldı və insanların qışqırığı, fəryadı göylərə qalxdı. Yanımda adamlar olmasaydı mən də bu gün bəlkə həyatda olmayacaqdım. Günahsız yerə millətimin qanı töküldü. Bu işdə birbaşa əli olan Qorboçovun və digərlərinin Allah cəzasını versin”.

Şoumen, tanınmış teleaparıcı Murad Dadaşov isə faciə ilə bağlı ingilis dilində məlumat paylaşıb. Həmin paylaşımın tərcüməsini qısaca təqdim edirik: “20 Yanvar 1990-cı il- Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizənin tarixi qəhrəmanlıq səhifəsi kimi daxil olan bir gündür. Keçmiş SSRİ Azərbaycanda misli görünməmiş bir faciə törətdi. Vətənimizin vicdanlı övladları, oğlan və qızları ölkəmizin azadlıq, şərəf və ləyaqətinə görə öz həyatlarını qurban verərək şəhid oldular. 20 Yanvar faciəsi, böyük itkilərə səbəb oldu. Bunun nəticəsində, biz çox illərdir ki, müstəqillik qazandıq və ölkəmiz suverenliyə nail oldu. Bu qanlı günlərdən bir neçə il keçibsə də, millətimiz bu qorxunc gecəni xatırlayır və bu faciəni törədənlərə dərin nifrətini ifadə edir”.

Əməkdar artist Ədalət Şükürov faciəni əks etdirən fotoları paylaşaraq qeyd edib: “20 Yanvar şəhidlərini hörmətlə anıram. Allah şəhidlərimizə rəhmət eləsin!”

Müğənni Nura Suri də şəhidlərlə bağlı paylaşım edib.

Rəqqasə Oksana Rəsulova da faciə ilə bağlı “Unutmamışıq” qeydini paylaşıb.

Müğənni Roza Zərgərli qeyd edib: “Azadlığımız, rifahımız, gələcəyimiz uğrunda canlarından keçən mərd, əqidəli 20 Yanvar şəhidlərimizi hörmət və qürur hissi ilə anırıq! Siz bizim üçün ölsəniz də, bizim üçün siz ölməmisiniz”.

Sənətçi Sərxan Kərəmoğlu da faciə ilə bağlı foto paylaşaraq qeyd edib: “Qan yaddaşımız”.

Müğənni Nazənin də faciə ilə bağlı paylaşım edərək, şəhidlərə Allahdan rəhmət diləyib.

Rəqqasə Fatimə Fətəli: “Bayraqları bayraq edən qandır, Torpaq əgər uğrunda ölən varsa, vətəndir! Azərbaycanın hər qarışı uğrunda canlarını fəda edən şəhidlərimizə Allah rəhmət eləsin!”.(musavat.com)

pia.az