Teymur Rəcəbov qalib gəlib, Şəhriyar Məmmədyarov heç-heçə edib

Yanvarın 19-da ənənəvi "Tata Steel Masters 2019" şahmat turnirinin yeddinci turunun oyunları keçirilib
###reklam250###

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən növbəti turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun macarıstanlı Rixard Rapporta qarşı oyununda heç-heçə qeydə alınıb.

Digər təmsilçimiz Teymur Rəcəbov isə hindistanlı Santoş Viditi məğlub edərək aktivinə 1 xal yazdırıb.

Yeddi turun yekununda Ş.Məmmədyarov 3,5, T.Rəcəbov 4 xal toplayıb.(azərtac)

pia.az