Tanınmış basketbolçu öldü 

Fransanın “Nanta” basketbol klubunun müdafiəçisi Cermeyn Marşallın mənzilində cəsədi tapılıb
###reklam250###

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları idmançının ölüm səbəbini araşdırır. Klub Marşallın ölümü səbəbindən matəm elan edib və növbəti matç təxirə salınıb. 

Qeyd edək ki, amerikalı basketbolçu karyerası boyunca İtaliya, Yunanıstan, Hollandiya və Finlandiya klublarında oynayıb.

pia.az