Qanunsuz silah gəzdirən 2 ovçu saxlanıldı

Onlardan 2 qoşalülə götürülüb
###reklam250###

Balakən rayon sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzNews.az-a verilən məlumata görə, yanvarın 18-də Balakən Rayon Polis Şöbəsinin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Katex kənd sakinləri Tural Nurəddinov və Rəhman Afraimovdan müvafiq sənədləri olmayan 2 ədəd 16 kalibrli qoşalülə ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

pia.az