Qubada bir kəndin bütün evləri söküləcək – Foto

Dörd il əvvəl torpaq sürüşməsi nəticəsində Quba rayonunun Güləzi kəndində qəzalı vəziyyətə düşən bütün yaşayış evləri söküləcək.
Bunu Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov deyib.Onun sözlərinə görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyi ilə birlikdə xüsusi proqram hazırlanır. Həmin kənddə olan 185 ailənin hamısı üçün Aşağı Atuc kəndində evlər tikilib və hər cür şərait yaradılıb.Qeyd edək ki, 25 ailədən bir neçə nəfər hələ də kənddə yaşayır. Əsasən yaşlılar olan  bu sakinlər əkin-biçin işləri və maldarlıqla məşğul olurlar. Onlar bildiriblər ki, rayonun Aşağı Atuc kəndində inşa olunan yeni qəsəbədə hər cür şərait yaradılıb, infrastruktur qurulub. Lakin həmin qəsəbədə təsərrüfat işləri görmək üçün torpaq sahəsi kifayət qədər deyil. Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov isə bildirib ki, Güləzi kəndində qəzalı vəziyyətdə olan evlərdə yaşamaq təhlükəlidir. Qeyd edək ki, Qubadan 45 km uzaqlıqda yerləşən Güləzi kəndində torpaq sürüşməsi 125 hektar ərazini əhatə edib. Nəticədə 40-dan çox ev dağılıb, kənddəki bütün yaşayış məntəqələrinə ziyan dəyib.(APA)