Qaradağda avtomobil piyadanı vuraraq öldürüb

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib
###reklam250###

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 17-də saat 19 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini Telman İsrafilov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Şahin Əndəlifovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Qaradağ rayon Polis idarəsi faktla bağlı araşdırma aparılır.

pia.az