Ötən il Rusiyadan 67,5 mlrd. dollar kapital çıxarılıb

2018-ci ildə Rusiyanın tədiyyə balansında cari əməliyyatları üzrə qalıq rekord məbləğdə - 114,9 mlrd. ABŞ dolları olub
###reklam250###

Bu barədə Rusiya Bankından (Mərkəzi Bank) xəbər verilib.

Kəskin artımda həlledici rolu xarici ticarət üzrə müsbət saldonun 2017-ci illə müqayisədə 1,7 dəfə artaraq 194,4 mlrd. dollara çatması oynayıb.

Ötən il Rusiyada özəl sektorun qeyri-rezidentlərlə apardığı maliyyə əməliyyatları üzrə müsbət saldo 67,5 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,5 dəfədən çox artım deməkdir.(Report)

pia.az