Hava şəraitinə görə Kukla Teatrında tamaşalar təxirə salınıb

“Mədəniyyət Nazirliyinin tabeliyində olan mədəniyyət ocaqlarında, konsert və tamaşalar nümayiş olunan zallarda artıq lazımi ehtiyat tədbirləri görülüb”
###reklam250###

Bunu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov bildirib.

Onun sözlərinə görə, mədəniyyət naziri Əbülfəs Qarayev bununla bağlı əmr imzalayıb: "Bununla yanaşı, azyaşlıların belə bir havada bayıra çıxması məsləhət görülmədiyindən Abdulla Şaiq adına Dövlət Kukla Teatrında bu günə olan 12:00, 14:00 və 16:00 tamaşaları da təxirə salınıb”.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədilə “Mədəniyyət Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması və ehtiyat tədbirlərinin görülməsi” barədə qərar qəbul olunub. Sənədə əsasən, yanvarın 17-si və 18-i Mədəniyyət Nazirliyinin tabeliyində olan bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması və bununla bağlı tədbirlərin təxirə salınması barədə tapşırıq verilib. (Report)pia.az