Hava şəraiti nə vaxt normallaşacaq?

Yanvarın 18-dən 19-na keçən gecə hava bir qədər ayaz olacaq. Bu səbəbdən dağlıq ərazilərdə yağıntılar kəsilsə də, havanın hərarəti daha da enəcək
###reklam250###

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, yanvarın 18-dən sonra növbəti iki-üç gün ərzində ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi və mülayimləşəcəyi gözlənilir.

“19-21 yanvar aralığında havanın hərarəti tədricən iqlim normasına yaxınlaşacaq və mülayim küləklər əsəcək. Xəzər dənizində isə yüksək dalğa yanvarın 18-də gün ərzində davam edəcək. Dəniz akvatoriyasında xəbərdarlıq öz qüvvəsində qalacaq”.(Qafqazinfo)

pia.az