Keniyada hotellər və ofislər ərazisində partlayıcı qurğu tapılıb

Keniyanın paytaxtı Nayrobi şəhərində "Dusit" hotel-ofis kompleksi ərazisində partlayıcı qurğu aşkar olunub
###reklam250###

Bu barədə TASS xəbər verir.

"İndiyə qədər bir partlayıcı qurğu aşkar edilib. Yaxın zamanda o, mütəxəssislər tərəfindən məhv ediləcək", - yerli polis nümayəndələri bildirib.

Bununla yanaşı, mütəxəssislər ərazidə başqa partlayıcı qurğu olub-olmamasını dəqiqləşdirmək üçün axtarışları davam etdirir. Kompleksin bütün qonaqları evakuasiya olunub.

İlkin məlumatlara görə, hücum edənlərə aid bəzi sənədlər də aşkar edilib.

Daha əvvəl Nayrobidə yaraqlıların hotelə hücumu nəticəsində 21 nəfərin öldüyü bildirilib. (Report)pia.az