Robert Köçəryanla bağlı vəsatət rədd edildi

Ermənistanın Xüsusi istintaq xidmətinin müstəntiqi eks-prezident Robert Köçəryan barəsində qaldırılan cinayət işinə xitam verilməsi ilə bağlı müraciəti rədd edib
###reklam250###

Müvafiq bəyanatla R.Köçəryanın müdafiəçiləri çıxış edib. Ərizənin təmin edilməməsi dəlillərlə əsaslandırılıb. Bildirilib ki, eks-prezidentin təqsirkar sayılması üçün kifayət qədər əsaslar var və proses qanun çərçivəsində aparılır.

Xatırladaq ki, bundan əvvəl İrəvan məhkəməsi də Koçaryanı zaminə buraxmaqdan imtina etmişdi. R.Koçaryan 2008-ci ildə konstitusiya quruluşunun devrilməsi ittihamı ilə həbs edilib. Onunla bağlı seçilmiş həbs qətimkan tədbiri ötən həftə daha iki aylıq uzadılıb.(musavat.com)

pia.az