Suriyada “Təhlükəsiz bölgə” haraları əhatə edir..

Terror təşkilatı YPG təhlükəsiz zonadan çıxarılınca cənuba sıxışdırılaraq Əsəd ilə İŞİD terrorçularına yaxınlaşaraq yox olmaqdan qorxur
###reklam250###

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp srağagün Twitter üzərindən etdiyi açıqlamada, Suriyada "20 mil-lik\" (32 kilometr) bir təhlükəsiz bölgə yaradılmasından bəhs etmişdi.Tramp və prezident Ərdoğan dünən telefon danışığı apararaq məsələnin detallarını müzakirə edib.Ərdoğan qrup toplantısında toxunubƏrdoğan dünən AK Partiyanın Türkiyə Böyük Millət Məclisinin Qrup Toplantısında etdiyi çıxışında, sözügedən xətt üçün, "Suriyada Türkiyə sərhədi boyunca bizim tərəfimizdən yaradılacaq təhlükəsiz bölgə, o cümlədən, xatırlayın Obama dövründən etibarən mənim vurğuladığım bu təhlükəsiz bölgə məsələsi 20 mil olaraq Tramp tərəfindən də ifadə edilib ki, bu da 32 kilometr dərinlikdə bir təhlükəsiz region deməkdir" deyə söyləyib.460 kilometrlik xəttXəritə məkan ölçülərinə görə, Suriya-Türkiyə sərhədində 32 kilometr dərinlikdə yaradılacaq region 460 kilometrlik bir xətti əhatə edir.Rakka və Hasəkənin şimalındakı yaşayış məntəqələrini əhatə edəcək region, qərbdən şərqə Sırrin, Eyn İsanın şimalı, Suluk, Resulayn, Tel Temr-in şimalı, Derbesiye, Amudə, Qamışlı, Verdiyye, Tel Hamis, Kahtaniyye, Yerubiyye və Malikiyedən keçir.Şuyuf Tahtanı, Aynularab (Kobani), Tel Abyad, Derbesiye, Amudə, Kahtaniye, Cevadiye və Maliyə rayonları inzibati olaraq tamamilə bu xəttin içində qalır.

Münbiç rayon mərkəzi xəttin xaricində qalırXətt qərbdə Münbiçin şərqindəki Saçır çayı sahilindən başlayır. Münbiç rayon mərkəzi 32 kilometrin kənarında qalır.

Qamışlıda Əsəd varDigər tərəfdən, 32 kilometrlik sahənin fiziki olaraq içində qalan Hasəkə bölgəsinin Qamışlı rayon mərkəzində Bəşər Əsəd rejimi varlıq göstərir. (müxalifət.az)pia.az