AzTV prezidentin Alışanovla bağlı sərəncamını “görmədi”

AzTV-də Prezidentin fərman və sərəncamları niyə oxunmur?
###reklam250###

Dünən prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifəsindən uzaqlaşdırılıb.

Dünən saat 20:00-da AzTV-nin əsas xəbər bloku olan “Xəbərlər” buraxılışlarında Prezidentin Arif Alışanovla bağlı sərəncamına yer verilməyib.

Əldə etdiyimiz məlumata görə, dövlət televiziyasında prezidentin sərəncamının efirə verilməsinə Arif Alışanova sadiqlər imkan verməyiblər.

Qeyd edək ki, AzTV-də bu cür halın baş verməsi ilk deyil. Belə ki, hələ bir neçə il öncə prezidentin adı FETÖ ilə hallanan Elnur Aslanovu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri vəzifəsindən azad edərkən də, bu sərəncam dövlət kanalının efirindən oxunmamışdı. O zaman buna Alışanovun keçmiş kürəkəni Orxan Əkbərovun mane olduğu bildirilirdi. (Yenicag.az)pia.az