Bakıda dirəyə çırpılan avtomobil aşdı - Video

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib
###reklam250###

Qəza gecə saat 00:30 radələrində paytaxtın Ziya Bünyadov prospektində olub.

1994-cü il təvəllüdlü Aydın Babazadənin idarə etdiyi “Hyundai Accent” markalı 99 RJ 231 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək işıq dirəyinə çırpılıb və çevrilib. Avtomobildə sürücünün dostu da olub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, maşına ciddi ziyan dəyib.

Qəzadan sonra ərazidə tıxac yaranıb. Avtomobil evaukator vasitəsilə daşındıqdan sonra yolda hərəkət tam bərpa olunub. (oxu.az)

pia.az