“Lion”dan yeni transfer

"Lion" heyətini yeni futbolçuyla gücləndirib
###reklam250###

Liqa 1 təmsilçisi "Ayaçço" klubundan Bubakar Fofananı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçuyla 4 illik müqavilə imzalanıb.

Fofana 2019-cu ilin iyulunda "Lion"a qoşulacaq. O, mövsümün sonuna qədər 2-ci Liqa təmsilçisi "Ayaçço"da forma geyinəcək.

Maraqlıdır ki, Fofana "Ayaçço"ya da bir həftə öncə, həvəskarlar liqasında mübarizə aparan "Sent-Prist" klubundan transfer olunub. O, mövsümün ilk yarısında sözügedən komandanın heyətində 14 oyuna çıxıb, 5 qola imza atıb.(komanda.az)

pia.az