Kamran Əliyevdən sabiq nazirin biznesi ilə bağlı suala cavab

Xəbər verdiyimiz kimi, bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2018-ci il ərzində görülmüş işlərə dair mətbuat konfransı keçirib
###reklam250###

İdarənin rəisi Kamran Əliyev jurnalistlərin sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun əmlak və biznesi ilə bağlı sualını da cavablandırıb.

O bildirib ki, mediada gedən hər bir məlumat izlənilir və araşdırma aparılır:

"Kimin biznes fəaliyyəti ilə bağlı məlumatlar yayılırsa, təhlil olunur. Əgər həmin biznes qanunsuz olarsa, zəruri tədbirlər görülür".

pia.az