Ağdaşda yol qəzası olub, ölən və yaralanan var
Ağdaş rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
###reklam250###
Hadisə Mürsəl kəndi yaxınlığından keçən magistral yolda baş verib.
Belə ki, “Mercedes” markalı minik avtomobili velosipedlə toqquşub. Hadisə nəticəsində 1994-cü il təvəllüdlü velosipedçi Osmanov Məhəmməd Rəşid oğlu yerində ölüb. 1971-ci il təvəllüdlü Abdullayev Elçin Rza oğlu isə ağır vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(Report)
pia.az