Şamaxıdakı dəhşətli qəzanın görüntüləri - 1 ölü, 2 yaralı – Video

Şamaxıda bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
###reklam250###

Hadisə Bakı-Şamaxı- Yevlax avtomobil yolunun 127- ci km də, rayonun Meysəri kəndi yaxınlığında qeydə alınıb. Qəbələ rayon Əmirvan kənd sakini 36 yaşlı Dəyanət Zəkəryayevin idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı 30 yaşlı Pərvanə Zəkəryayeva hadisə yerində dünyasını dəyişib. Digər sərnişin İsmayıllı rayon Yenikənd sakini 32 yaşlı Orxan Mirzəyev və sürücü Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Solmaz Tağıyeva – həkim: “Avto qəza olsa da xəstələrin xəsarəti yüngüldür. Vəziyyətləri kafidir. Orxan Mirzəyev və Dəyanət Zəkəryayev, hər ikisi ambulator yardımdan sonra müalicəyə göndərəcəyik”.

Qəzanın səbəbləri araşdırılır.(ARB TV)

pia.az